Peşəkar Komandamız
Bizim məqsədimiz, autizm və digər nevroinkişaf diaqnozlu uşaqların inkişafına dəstək olmaq və onların həyat keyfiyyətini artırmaqdır. Xidmətlərimiz, uşaqların fərdi ehtiyaclarına uyğun olaraq, geniş və çoxşaxəli bir yanaşma ilə həyata keçirilir. Peşəkar komandamız, hər bir uşağın potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərdən ibarətdir.
Komandamızın üzvləri arasında:
• Psixoloqlar: Uşaqların emosional və davranışsal inkişafını dəstəkləmək üçün fərdi və qrup terapiyaları tətbiq edən mütəxəssislər.
• Duyu bütünləmə terapevtləri: Uşaqların gündəlik həyatda daha müstəqil olmalarına və motor bacarıqlarını inkişaf etdirmələrinə kömək edən ixtisaslaşmış mütəxəssislər.
• Nitq terapevtləri: Uşaqların danışıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə fərdi və qrup dərsləri keçirən mütəxəssislər.
• Müalicəvi idman terapevtləri:Uşaqların fiziki inkişafını dəstəkləyən və onların hərəkət qabiliyyətlərini yaxşılaşdıran mütəxəssislər.
• Təhsil mütəxəssisləri: Uşaqların akademik inkişafını dəstəkləyən və tədris proqramlarını onların fərdi ehtiyaclarına uyğunlaşdıran peşəkarlar.
Hər bir uşağa xüsusi yanaşma göstərmək üçün, komandamız mütəmadi olaraq əməkdaşlıq edir və uşağın inkişafını izləyərək, ən effektiv və məqsədyönlü reabilitasiya planlarını hazırlar. Bizim əsas prioritetimiz uşaqların müstəqillik, sosial bacarıqlar və ümumi inkişaf sahələrində ən yüksək potensiala çatmalarını təmin etməkdir.



