slide-3-2340x850.jpg
Theory of mind
slide-11-2340x850.jpg
Theory of mind
slide-4-2340x850.jpg
Theory of mind
slide-3-2340x850.jpg
Theory of mind
slide-3-2340x850.jpg
Theory of mind
slide-3-2340x850.jpg
Theory of mind
previous arrow
next arrow
Image

Hüseynova Şahsənəm Rasim qızı
Klinik-psixoloq

         Mən THEORY OF MİND psixoloji mərkəzinin qurucusu və psixoloqu Hüseynova Şahsənəm Rasim qızı. Psixologiya sahəsindəki illərimi və təcrübəmi, insanların həyatlarını dəyişdirmək və daxili güclərini kəşf etməkdə dəstək olmaq üçün istifadə edirəm.Xüsusi qayğıya ehtiyacı olan insanlarla işləyərək, onların hər birinin fərdi ehtiyaclarını anlamaq və həyat keyfiyyətlərini artırmaq məqsədi güdürəm.

Mənim üçün psixologiya sadəcə bir peşə deyil, həmdə insanların həyatlarına müsbət təsir etmək və onların potensiyalını reallaşdırmaq üçün bir yoldur. Təcrübəmi, müasir psixoloji yanaşmalar və empatik yanaşmalarla birləşdirərək, hər ailəyə özünəməxsus dəstək təklif edirəm. Hər bir insanın unikal olduğunu bilirəm və bu səbəbdən psixoloji yanaşmalarımı fərdi ehtiyaclara uyğun olaraq tərtib edirəm.

Psixoloji xidmətlərimdə əsas məqsədim, xüsusi qayğıya ehtiyacı olan ailələri  həm daxili, həmdə xarici çətinliklərlə mübarizədə gücləndirmək və onlara həyatlarını daha sağlam və mənalı şəkildə qurmağa kömək etməkdir. Hər bir psixoloji prosesin başlanğıcı, xüsusi qayğıya ehtiyacı olan ailələrin ehtiyaclarını və gözləntilərini anlamaqdır. Mənim işim, onların həyatlarında müsbət dəyişiklikə səbəb olmaqdır. İnsanların daxili dünyalarını başa düşmək və onlara psixoloji dəstək göstərmək, həm şəxsi, həm də peşəkar həyatımda ən böyük həvəsimdir.

Mütəxəssis kimi mənim əsas məqsədim, müştərilərimin təhlükəsiz və dəstəkverici bir mühitdə özlərini ifadə etmələrinə imkan yaratmaqdır.

Psixologiya mənim üçün yalnız bir iş deyil, bu, insanlara həyatlarını daha sağlam və müsbət şəkildə yaşamağa kömək etmək üçün bir missiyadır.