Fərqimiz və Üstünlüklərimiz
“Theory of Mind” Psixoloji Mərkəzi olaraq, Azərbaycanda autizm və digər neyroinkişaf pozuntularının korreksiyasında dünyaca məşhur olan “Theory of Mind” nəzəriyyəsini tətbiq edən ilk mərkəzik. Bu yanaşmanı ölkəmizə gətirməklə xüsusi ehtiyacı olan uşaqların sosial-emosional inkişafına fərqli bir baxış bucağı qazandırmışıq.
Mərkəzimiz, eyni zamanda xüsusi təhsilə dair maarifləndirici video dərsləri YouTube platformasında paylaşan ilk mərkəzdir. Bu təşəbbüsümüzlə ucqar bölgələrdə yaşayan və resurslara çıxışı məhdud olan ailələrə də dəstək olmağı hədəfləmişik.
Bənzərsiz iş sistemimizlə fərqlənirik:
Mərkəzimizdə təlim alan hər bir uşaq üçün ayrıca WhatsApp qrupu yaradılır. Bu qrupda valideynlər və mütəxəssislər arasında daimi ünsiyyət, təlim prosesinə dair video paylaşımlar və geribildirim müzakirələri həyata keçirilir. Bu sistem sayəsində ailə ilə sıx əməkdaşlıq qurulur və uşağın inkişafı evdə də davam etdirilir. Bu, ölkəmizdə tətbiq edilən nadir və effektiv bir modeldir.
Məqsədimiz: daha çox uşağa faydalı olmaq, ailələri maarifləndirmək və onları təlim prosesinə aktiv şəkildə cəlb etməkdir. Bilirik ki, uşağın inkişafında ailənin iştirakı həlledici rol oynayır.
Analar üçün dəstək: Mərkəzimiz yalnız uşaqlara deyil, onların qəhrəman analarına da mənəvi dəstək verir, motivasiyaedici atmosfer yaradır və bu yolda onların tək olmadıqlarını hiss etdirməyə çalışır.
“Oyun Emalatxanası” – Azərbaycanda ilk dəfə bizdən:
Mərkəzimizin nəzdində fəaliyyət göstərən “Oyun Emalatxanası”nda uşaqlar kiçik qruplarla çalışaraq sosial bacarıqlarını və digər funksional bacarıqları qrup şəklində öyrənirlər. Bu yanaşma uşaqların həm ünsiyyət, həm də birlikdə işləmə bacarıqlarını inkişaf etdirmək üçün xüsusi olaraq hazırlanmışdır.



