Elmi əsaslı təcrübə
Mərkəzimizdə tətbiq olunan bütün terapiya və yanaşmalar elmi sübutlara əsaslanır və beynəlxalq standartlara uyğundur. Uşaqların fərdi ehtiyaclarına uyğun olaraq aşağıdakı terapiya modellərindən istifadə edirik:
• Floortime (DIR modeli) – uşaqla emosional bağ quraraq inkişafı təşviq edən oyun əsaslı yanaşma;
• ABA (Tətbiqi Davranış Analizi) – davranışları formalaşdırmaq və gücləndirmək üçün strukturlaşdırılmış və sistematik metod;
• Theory of Mind – sosial idrak və qarşı tərəfi anlama bacarığını inkişaf etdirən nəzəri və praktik yanaşma;
• Uşaq mərkəzli oyun terapiyası – uşağın daxili dünyasını oyun vasitəsilə ifadə etməsinə imkan yaradan şəfqətli yanaşma;
• CBT (Koqnitiv Davranış Terapiyası) – uşaqlarda düşüncə və davranış əlaqələrini gücləndirərək duyğusal tənzimləmə üzərində çalışan üsul;
• Filial Terapiyası – valideynləri terapiya prosesinə cəlb edərək ev mühitində də dəstəyi davam etdirməyə imkan verən model;
• NeuroPlay – nevroinkişaf əsaslı oyun proqramı olub, sinir sistemi ilə davranış arasında əlaqəni dəstəkləyən müasir yanaşmadır.
Bu yanaşmalar uşağın yaşına, diaqnozuna, inkişaf səviyyəsinə və ailə ehtiyaclarına uyğun fərdi şəkildə planlaşdırılır. Hədəfimiz uşağın potensialını maksimum dərəcədə üzə çıxarmaq və davamlı inkişafını təmin etməkdir.



